Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diaspor gənclərinin IV Yay Düşərgəsi başa çatdı 

“Heydər Əliyev İli" çərçivəsində Naxçıvanda baş tutan “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib...

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

Mərasimi açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş düşərgənin gənclərin yaddaşında silinməz iz buraxacağına inandığını bildirib.

Daha sonra bir həftə davam edən Yay Düşərgəsini əks etdirən videoxülasə nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli düşərgənin Naxçıvanda keçirilməsindən və iştirakçıların Naxçıvanda aparılan yenidənqurma və quruculuq işləri, eləcə də bu qədim diyarın tarixi yerləri ilə tanışlığından məmnun olduğunu söyləyib. O, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası sayəsində yaxın beş ildə Naxçıvanda böyük işlər görüləcəyini vurğulayaraq, düşərgə iştirakçılarını beş ildən sonra yenidən Naxçıvana dəvət edib: “Mən sizinlə sağollaşmıram, “Aramıza xoş gəldiniz” deyirəm”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov IV Yay Düşərgəsinin təşkilində göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinə təşəkkür edib. Komitə sədri artıq ənənə halını alan düşərgələrin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyələrinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlı gənclərin vətənlə əlaqələrini intensivləşdirmək və öz soykökünə, mədəniyyətinə bağlılığını qoruyub saxlamaq məqsədi daşıdığını vurğulayıb, gəncləri diaspor fəaliyyətində və Azərbaycan həqiqətlərininin təbliğində fəal olmağa çağırıb.
Düşərgə iştirakçılarına sertifikatlar təqdim olunduqdan sonra tədbir bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, avqustun 12-dən 18-dək davam edən Diaspor Gənclərinin IV Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşdirilib. Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi nümayəndəliyinə məxsus olub.

Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar